Avropa Mərkəzi Bankı son 24 ildə ilk dəfə 75 bənd faiz artırdı
Dünyanın ən böyük mərkəzi banklarının əksəriyyəti iqtisadiyyatlarını "soyutmaq" və inflyasiyanı aşağı salmaq üçün sürətlə faiz artırılar.
Marja xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) ABŞ Mərkəzi Bankı (FED) ilə ayaqlaşmaq üçün faizlərini 75 bənd artırıb. Faizin bu böyüklükdə artırılması son 24 ildə (bankın qurulmasından bu yana) ilk dəfədir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bank yenidən maliyyələşdirmə dərəcəsini 0,75%-dən 1,25%-ə yüksəldib. Həmçinin, AMB depozit faiz dərəcəsini (bankların mərkəzi bankda saxladıqları əmanətlər üçün ödənilən faiz dərəcəsi) 0%-dən 0,75%-ə, marjinal faiz dərəcəsi isə 0,75%-dən 1,50 %-ə qaldırılıb.
Bank əvvəlki iclasında faizlərini 50 baza bəndi artırmışdı.
Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın mətbuat konfransı Bakı vaxtı ilə saat 16:45-də başlayacaq.
ECB-nin açıqlamasında, inflyasiyanın orta müddətli dövrdə 2 faiz hədəfinə dönməsini təmin edəcək ilkin addımların atıldığını qeyd edib. Bank, növbəti bir neçə iclasda tələbi azaltmaq üçün faiz dərəcələrini daha da artıracağını gözlədiyini bildirib.
"Biz bankların maliyyələşdirmə şərtlərini izləməyə davam edəcəyik" , - AMB bildirib.
Avropa Mərkəzi Bankı inflyasiya proqnozunu 2022-ci il üçün 8,1 faiz, 2023-cü il üçün 5,5 faiz, 2024-cü il üçün 2,3 faiz olaraq müəyyən edib. Avro Zonasında son illik istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 9,1 faiz təşkil edib.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Onlayn biznes növləri
Marketinq nə demədir?
Dünyanın ən varlı 10 adamı
"iPhone 15" modelinin üstünlükləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt