Avropa ölkələrində minimum aylıq əməkhaqqı nə qədərdir? – Siyahı
Avropa İttifaqının (Aİ) Statistika İdarəsi (Avrostat) ölkələrdəki minimum aylıq əməkhaqqını açıqlayıb.
Banker.az xəbər verir ki, siyahıya əsasən, bu ilin ikinci yarısında ən yüksək minimum aylıq net əməkhaqqı Lüksemburqdadır – 2 313 avro. İkinci yerdə olan Belçikada minimum əməkhaqqı 1 842 avro təşkil edir. 1 775 avro ilə İrlandiya üçüncü yerdədir. Bu üç ölkədən sonra Hollandiya (1 756 avro), Almaniya (1 744) və Fransa (1 646 avro) gəlir.
Aİ ölkələri arasında ən aşağı minimum aylıq əməkhaqqı Bolqarıstandadır – 363 avro.
Avrostat-ın siyahısında Aİ üzvü olmayan bəzi ölkələr də var. Onların bəziləri Türkiyə kimi namizəd ölkələrdir. Bütün siyahıya nəzər salsaq, Albaniya 269 avro ilə sonuncu yerdədir. Türkiyə 374 avro ilə Bolqarıstandan bir qədər yuxarıdır. Aİ üzvü olmayan Serbiya (402 avro) və Monteneqro (533 avro) Türkiyədən üst pillədədir. Euronews-un xəbərinə görə, digər ölkələrdə minimum aylıq əməkhaqqı avro ilə belədir: Yunanıstan – 832, Portuqaliya – 823, Polşa – 642, Xorvatiya – 622, Rumıniya – 516 və Macarıstan – 504.
Aİ-nin 6 ölkəsində minimum əmək haqqı yoxdur. Bu ölkələr Danimarka, İtaliya, Kipr, Avstriya, Finlandiya və İsveçdir.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Bitcoin necə işləyir?
Biznes təlimlər və tədris üsulları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta nədir və necə alınır?
Evdə biznes qurmağın yolları