Avropa Parlamenti Kiyevə müharibədən sonra hərtərəfli yardımı vəd edib
Avropa Parlamenti Kiyevə müharibədən sonra hərtərəfli yardım edəcək.
Bu barədə DW xəbər verib.
Məlumata görə, Avropa Parlamentinin sədri Roberta Metsola Kiyevə müharibə başa çatdıqdan sonra hərtərəfli yardım vəd edib, həmçinin Ukraynanın Avropaya məxsus olduğunu qeyd edib.
Ukraynanın Dövlət Gününün qeyd olunması münasibətilə Ali Rada qarşısında videobağlantı vasitəsilə çıxış edən Metsolanın sözlərinə görə, Ukrayna knyaz Vladimir Svyatoslaviçin dövründən bu günə kimi Avropa dövlətləri arasında öz yerini tutub. "Avropa İttifaqı həm pis gündə, həm də yaxşı gündə Ukraynanın tərəfindədir", – o vurğulayıb.
Avropa Parlamentinin rəhbəri bildirib ki, Avropa İttifaqı Kiyevə namizəd statusu verməklə Ukraynanı tamhüquqlu üzvlük yolunda müşayiət etmək əzmini nümayiş etdirib, baxmayaraq ki, bu yol asan olmayacaq.
Metsola parlament demokratiyasının qurulmasını dəstəkləməklə yanaşı, Ukraynanın bərpası və onun müasir, davamlı, mütərəqqi inkişaf edən dövlətə çevrilməsində Avropanın iqtisadi yardım göstərəcəyini elan edib.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Bitcoin necə işləyir?
Biznes təlimlər və tədris üsulları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta nədir və necə alınır?
Evdə biznes qurmağın yolları