Avropanın qaz anbarları 85% dolub
Avropa ölkələri öz yeraltı anbarlarını 85%-dən çox qazla doldurub, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Qaz anbarlarının cari həcmləri qorunub saxlanılarsa, Aİ-yə üzv ölkələr avqustun əvvəlində isitmə mövsümünə qədər anbarları uğurla 90%-ə çatdıra biləcəklər.
Qeyd edilir ki, hazırda Avropanın yeraltı anbarlarında təxminən 93 milyard kubmetr qaz var ki, bu da son beş ildə bu dövr üçün orta göstəricidən 15% çoxdur.
İyulun 10-da Fransanın "TotalEnergies" şirkətinin rəhbəri Patrik Puyanne bildirib ki, qarşıdan gələn qış soyuq keçərsə, yeraltı anbarlardakı qaz ehtiyatları Avropa ölkələri üçün kifayət etməyə bilər.
Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra Avropa Rusiya qazının idxalını xeyli azaldıb. Bu, Amerika qazına tələbatın kəskin artmasına səbəb olub. 2021-ci ildə Amerikanın mayeləşdirilmiş təbii qazının digər ölkələrə tədarükü üzrə müqavilələrin ümumi həcmi ildə təxminən 13 milyon ton təşkil edib. 2022-ci ildə bu rəqəm təxminən dörd dəfə artaraq 51.2 milyon tona çatıb.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes təlimlər və tədris üsulları
Marketinq nə demədir?