Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib - FOTOLAR
Qurban bayramı münasibətilə "Avrora Qrup" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonunda yaşayan aztəminatlı ailələrə sosial dəstək məqsədilə yardım aksiyası keçirilib.
FED.az xəbər verir ki, aksiya çərçivəsində rayonda məskunlaşan 120-dən çox aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Yardım paketlərinə gündəlik tələbat malları, ərzaq məhsulları və bayram süfrəsi üçün lazım olan müxtəlif qidalar daxil edilib. Aksiyanın əsas məqsədi bayram günlərində sosial həssas təbəqəyə mənsub ailələrə qayğı və diqqəti artırmaq, cəmiyyətimizdə paylaşma və həmrəylik ənənəsini gücləndirmək olub.
Məlumat üçün bildirək ki, "Avrora Qrup" 2025-ci ilin "Korporativ sosial məsuliyyət" proqramında aztəminatlı ailələrə xüsusi yer ayrılmışdır və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilməkdədir. Proqramın məqsədi sosial təminatı zəif ailələrə müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaqdır.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab