Avrozonada pərakəndə satışlar azaldı
Avrozonada pərakəndə satışlar sentyabrda gözləntilərin əksinə azalıb.
Biznes.az xəbər verir ki, Avrozonada pərakəndə satışlar sentyabr ayında bazar proqnozlarının əksinə olaraq cüzi düşüb. Bu, istehlakçı inamının son aylarda artmasına baxmayaraq, satış göstəricilərində zəif dinamikanın davam etdiyini göstərir.
Avropa Statistika İdarəsinin (Eurostat) açıqlamasına əsasən, sentyabrda pərakəndə satışların həcmi avqust ayı ilə müqayisədə 0,1% azalıb. Analitiklər isə bu dövrdə 0,2% artım gözləyirdilər.
Bununla yanaşı, Avropa Komissiyasının ötən ay dərc etdiyi hesabata görə, Avrozonada istehlakçı inamı oktyabrda fevral ayından bəri ən yüksək səviyyəyə çatıb. Sentyabr satışları illik müqayisədə isə 1% artım göstərib.
Ölkələr üzrə vəziyyətə gəlincə, pərakəndə ticarət Almaniya və İspaniyada aylıq bazda yüksəlsə də, Fransa və İtaliyada geriləmə qeydə alınıb.
Fransa Aİ ticarət sazişini qəbul etmir
Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub
Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c