Avtomobil istehsalı risk altındadır

Avtomobil istehsalı risk altındadırBöyük avtomobil istehsalçılarını təmsil edən Alliance for Automotive Innovation təşkilatı, Çin və Niderland hökumətləri arasında yaranan mübahisədən qaynaqlanan çip təchizatı probleminin, qısa müddətdə ABŞ avtomobil istehsalına təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Biznes.az xəbər verir ki, Niderland hökuməti bazar günü verdiyi açıqlamada, 30 sentyabr tarixindən etibarən Çin mülkiyyətində olan çip istehsalçsı Nexperia-nın nəzarətini ələ aldığını bəyan edib.

Avropa Birliyi avtomobil assosiasiyası ACEA, avtomobil istehsalçıları və təchizatçılarının ötən həftə Nexperia şirkətindən artıq çip tədarükünü təmin edə bilməyəcəklərinə dair bildiriş aldıqlarını açıqlayıb. ACEA bu vəziyyətin istehsalı əhəmiyyətli dərəcədə poza biləcəyini bildirib.

Alliance for Automotive Innovation təşkilatının baş direktoru Con Bozzella deyib:

"Əgər avtomobil sənayesi üçün çip göndərişləri sürətlə davam etməzsə, bu vəziyyət ABŞ-da və bir çox digər ölkələrdə avtomobil istehsalını ləngidəcək, həmçinin digər sənaye sahələrinə də təsir göstərəcək".

Nexperia tərəfindən istehsal olunan çiplər, ABŞ-da ehtiyat hissələri və avtomobil istehsalı üçün həyati əhəmiyyət daşıyır. Çin Ticarət Nazirliyinin 4 oktyabrda yayımladığı ixrac məhdudiyyəti qərarına əsasən, Nexperia, eləcə də onun Çin və subpodratçı şirkətlərinin Çində istehsal olunan bəzi komponentləri ixrac etməsi qadağan edilib.

Volkswagen və BMW bildiriblər ki, Avropadakı istehsalları hələlik bu problemlərdən təsirlənməyib, lakin mümkün təchizat risklərini müəyyən etmək üçün araşdırma apardıqlarını qeyd ediblər.

Xəbərlər     Tarix: 17 oktyabr 2025

Oxşar xəbərlər

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto