Avtomobil nəhəngi istehsala yenidən başlayır
Jaguar Land Rover (JLR), keçən ay qarşılaşdığı kiber hücum səbəbindən dayandırdığı istehsal fəaliyyətlərini yaxın günlərdə ardıcıl olaraq yenidən başladacağını açıqlayıb.
Biznes.az xəbər verir ki, şirkətin İngiltərədəki Batı Midlands və Merseyside bölgələrindəki üç böyük fabriki hücumdan sonra 1 sentyabr tarixində tamamilə dayandırılmışdı. BBC-nin əldə etdiyi məlumatlara görə, istehsal əvvəlcə 6 oktyabrda Wolverhamptondakı mühərrik fabrikində başlayacaq, digər müəssisələr isə ardıcıl olaraq fəaliyyətə qoşulacaq.
Sektor mənbələri bildirir ki, istehsal xətləri tam gücə çatmaq üçün bir neçə həftə tələb edə bilər.
JLR, bazar ertəsi günü işçilərinə göndərdiyi məlumat notunda, bərpa proqramının qətiyyətlə davam etdiyini və istehsalın mərhələli şəkildə yenidən başlamasının IT sistemlərinin təhlükəsiz və problemsiz işləməsi üçün lazım olduğunu qeyd edib. Şirkət əvvəllər istehsalın ən erkən 1 oktyabrda başlaya biləcəyini açıqlamışdı.
JLR-in İngiltərədəki Solihull, Wolverhampton və Halewood fabriklərində təxminən 30 min nəfər çalışır, tədarük zəncirində işləyənlərin sayı isə 100 minə çatır.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı