Avtomobilləri mobil tətbiq vasitəsilə icarəyə götürmək mümkün olacaq

Avtomobilləri mobil tətbiq vasitəsilə icarəyə götürmək mümkün olacaq"Baku Carsharing Company" MMC-nin direktoru, startapçı Əhməd İbrahimov avtomobillərin icarəsi üçün yeni proqram təminatı yaradıb. "vergiler.az"ın məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu layihə üçün "Baku Carsharing Company" MMC-yə "Startap" şəhadətnaməsi verib. Layihə elektrikli avtomobillərin mobil tətbiq üzərindən dəqiqəlik və saatlıq icarəsinə imkan yaradır.
Ə.İbrahimovun sözlərinə görə, "Kite" mobil tətbiqi istifadəçilərin elektrikli nəqliyyat vasitələrinə marağını artırmaq üçün rahat, davamlı və sərfəli həll yolu təklif etməklə şəhər hərəkətliliyində yenilik tətbiq edir. Nəticədə insanlar sadəcə lazım olduğu zaman avtomobildən istifadə edərək tıxacların azalmasına və park yerlərinin daha effektiv tənzimləməsinə töhfə verirlər. MMC direktoru bildirib ki, növbəti ilin ilk aylarından fəaliyyətə başlaması nəzərdə tutulan layihəyə artıq investorlar tərəfindən böyük maraq göstərilir: "Hazırda layihəyə investisiya qoymaq istəyən bir neçə fiziki şəxs var, lakin indiki mərhələdə biz bütün prosesləri öz hesabımıza yerinə yetirməyi planlaşdırırıq. Gələcəkdə böyümək və qloballaşmaq üçün investorlarla çalışmaq fikrimiz var".
Startapçı qeyd edib ki, yaxın gələcəkdə fəaliyyətə başladıqdan sonra yararlanacaqları ən böyük faydalardan biri mənfəət vergisindən azad olunmaq olacaq: "Startap" şəhadətnaməsi startapçılara bir sıra üstünlüklər qazandırır. Bunun sayəsində digər qurumlar tərəfindən həmin şəhadətnaməyə sahib olan şəxslərə xüsusi diqqət və qayğı göstərilir. Məsələn, startapçı olduğumuz üçün bizə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan "AzİnTelekom" tərəfindən tariflərdə müəyyən güzəştlər edilib və eksklüziv xidmətlər təqdim olunub. Hazırda Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq etməyə çalışırıq və müraciətimizin məğzi yollarda təhlükəsizliyin təmin olunması üçün tətbiqimizin istifadəçilərinin sürücülük tərcübəsinin ölçülməsini həyata keçirmək, eləcə də Dövlət Yol Polisinin sürücülük vəsiqələrinin bazasına virtual inteqrasiya həyata keçirməkdir". / banker.az

Xəbərlər     Tarix: 15 noyabr 2023

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb


iqtisadi xeberler en son xeberler valyuta xeberleri bank faizleri kicik biznes