"AvtoVAZ" aşağı büdcəli "Lada" modellərinin istehsalını ARTIRIR
Rusiyanın və Şərqi Avropanın ən iri avtomobil istehsalçısı "AvtoVAZ" aşağı büdcəli "Lada" modellərinin istehsal həcmini artırmaq qərarına gəlib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Maksim Sokolov bildirib.
Onun sözlərinə görə, bu qərar müştərilərin ucuz nəqliyyat vasitələrinin alınmasına fokuslandığına görə verilib. Buna görə modellər üçün qiymətlər artmır və 700 min rubl (12880 AZN) daxilində qalır.
"Biz çətin, lakin effektiv idarəetmə qərarları qəbul edirik və beləliklə, bazarımızı etibarlı, aşağı büdcəli avtomobillərlə təmin edirik", – deyə o vurğulayıb.
Sokolov bildirib ki, müasir reallıqlarda qiymətləri eyni səviyyədə saxlamaq çox çətindir. Fakt budur ki, qlobal təchizatçılar avtomobillər üçün ən sadə hissələri belə ixrac etməkdən imtina etməyə başlayıb. Üstəlik, onlar sanksiya siyahılarına daxil edilməyib. Buna baxmayaraq, "AvtoVAZ" bu amilin maya dəyərinə təsirini minimuma endirmək üçün əlindən gələni edir.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes təlimlər və tədris üsulları
Marketinq nə demədir?