"AYİB Azərbaycanda layihələrə 750 milyon avro ayıracaq" - MÜSAHİBƏ

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudovanın müsahibəsi
- Kamola xanım, AYİB prezidenti Odil Reno-Bassonun Azərbaycana səfəri baş tutdu və bir sıra müqavilələr imzalandı. Ümumilikdə qarşıdakı dövrdə AYİB-in Azərbaycan portfeli nə qədər arta bilər?
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
- Onu deyə bilərəm ki, qarşıdakı üç il müddətində Azərbaycanda 30-35 layihəyə 750 milyon avro həcmində kredit ayırmağı planlaşdırırıq. Əvvəllər olmadığı qədər böyük layihələrdir və burada həm dövlət, həm də özəl sektor iştirak edir. Layihələrin 20-30%-i nəqliyyat sektoru ilə bağlıdır. Qalan hissəsi isə enerji, istehsal sahələri və özəl sektorla bağlıdır.
- İmzalanan müqavilələrdən biri Gəncə şəhərində icra edilən pilot layihə ilə bağlı idi. AYİB digər şəhərlərdə bu layihələri icra etməyi planlaşdırır?
- AYİB-in prezidenti Odil Reno-Basso Azərbaycana səfər etdi və Gəncə ilə bağlı ikinci layihə imzalandı. Bizim "yaşıl şəhər" layihələrinə Gəncədən başlamağımız həm də rəmzi xarakter daşıyır. Bilirsiniz ki, ikinci imzalanan layihə 20 milyon avro dəyərindədir. Bu küçələrin işıqlandırılması (street lighting) ilə bağlıdır. Beləliklə, Gəncə regionda ən son müasir işıqlandırma sisteminə sahib olacaq. Dəstək təkcə 20 milyon avro ilə məhdudlaşmır, həmçinin Avropa İttifaqı tərəfindən 2,5 milyon avro qrant ayrılıb. Maraqlısı odur ki, bu layihə Aİ, Türkiyə və Norveçlə yanaşı, Azərbaycan tərəfdən də maliyyələşdirilir. Bu baxımdan Gəncə bizim üçün ilk nümunədir. Amma "yaşıl şəhər" layihəsini daha iki şəhərdə - Mingəçevir və Sumqayıtda da həyata keçirməyi planlaşdırırıq.
- Bu da eynilə küçələrin işıqlandırması layihəsi ilə bağlı olacaq, yoxsa necə?
- Hər iki şəhərin özünəməxsus problemləri var. Bu içməli su ilə də bağlı ola bilər. Hələlik dəqiq bilmirik. İndi Sumqayıt və Mingəçevirin daha çox hansı problemlərlə üzləşdiyini, bu şəhərlərdə daha çox nəyə ehtiyac olduğunu araşdırırıq.
- Bunlar arasında karbon emissiyasının azaldılmasını dəstəkləyən layihələr var? Məsələn, ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı?
- Digər ölkələrdə biz bu sahədə uğurlu nəticələr əldə etmişik. Xüsusilə də, buna elektrik avtobuslarını aid etmək olar. Müxtəlif ölkələrdə əhalinin şəxsi avtomobillərdən istifadəsinin azaldılması üçün ağıllı elektrik avtobus marşrutları üzrə layihələr icra etmişik. Hazırda 50 şəhər bu layihənin üzvüdür. Azərbaycandan isə belə bir müraciət almamışıq. Əgər müraciət olarsa, təkcə maliyyə baxımından deyil, təcrübə baxımından da biz dəstək olmaqdan şad olarıq. Bilirsiniz, biz layihələri icra edərkən, səhvlərimiz üzərindən öyrənmişik, geniş təcrübə qazanmışıq, nəyə ehtiyac olduğunu, nəyə olmadığını yaxşı bilirik. Yəni, ekoloji təmiz ictimai nəqliyyat sisteminin, elektrik avtobuslar layihəsinin yaradılması üçün ən optimal yolunu bilirik və dəstək olmağa hazırıq.
- Kamola xanım, Azərbaycanda ekoloji təmiz enerji infrastrukturunun qurulmasına dəstək göstərirsiniz. Bu Qarabağı da əhatə edə bilər?
- Bəli, Qarabağda icra edilən layihələrə də dəstək göstərə bilərik, biz bunda çox maraqlıyıq. Sadəcə bu sahədə hökumətin təkliflərini gözləyirik.
- Azərbaycanda icra etdiyiniz layihələrdə hansısa çətinliklərlə üzləşmisiniz?
- Üzləşdiyimiz çətinliklər digər ölkələrlə eynidir, Azərbaycana məxsus xüsusi bir hal yoxdur. Maliyyə təqdim edilən zaman ilkin məsələlərdən biri layihəni icra edəcək insan resursunun formalaşdırılmasıdır. Çünki adətən insanlar layihələri necə həyata keçirəcəklərini bilmirlər. Ona görə də təlimlər keçirik. Sonrakı mərhələyə maliyyə idarəetməsi, satınalmalar, hesabatların hazırlanmasını aid etmək olar. Növbəti mərhələ layihənin mühəndislik hissəsi, yəni bina tikilməsi, yolların salınması, avtobus alınması və s. kimi işlər aiddir. Yəni, icra edilən layihələrdə müxtəlif mərhələləri sistemli şəkildə işləyirik. Biz bu layihələri bir çox ölkələrdə dəfələrlə icra etmişik. Unikallıq isə ondan ibarətdir ki, təkcə maliyyə dəstəyi göstərmirik, həmçinin təcrübəmizi təqdim edirik, eyni zamanda, qanunvericiliyin yenilənməsinə kömək edirik. Məsələn, "yaşıl şəhər" üçün maliyyə ayırırıq, layihənin icra edəcək şəxslərə təlim keçməklə yanaşı, bununla bağlı zəruri qanun layihəsinin hazırlanması dəstək göstəririk.
Belə deyil ki, biz gəldik, məsləhət verdik və hər şey bitdi. Məsələn, son nümunədə görürsünüz. Biz yerli bankalara təlim keçirik, texniki dəstək göstəririk. Daha sonra banklar bizim köməyimiz olmadan layihəni davam etdirirlər.
- Azərbaycan banklarına texniki dəstək proqramını icra etdiniz və dörd bank iştirak etdi. Layihə digər banklarla davam edəcək?
- Hələlik, xeyr. Amma, rəqəmsallaşma, komplaynsla bağlı layihələr ola bilər. Biz çalışırıq ki, dövlətin iştirakı olmayan, özəl və müstəqil banklara diqqət ayıraq. Bununla belə, Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq üzərində də çalışırıq.
- Hazırda əsas trend rəqəmsal ödəmə sistemləri və onlara keçidin sürətlənməsidir. Azərbaycan Mərkəzi Bankı ilə bu istiqamətdə hansısa yeni layihələrin icrası planlaşdırılır?
- Bizim texniki dəstək proqramlarımızın investisiya sahəsini əhatə edir. Hazırda konkret layihəmiz yoxdur. Amma Azərbaycan Mərkəzi Bankı (AMB) ilə potensial layihələri müzakirə edirik. AMB ilə çox yaxşı əlaqələrimiz var. Biz Mərkəzi Bankın yeni sədri və onun yeni planlarını dəstəkləməyə hazırıq. Əgər, o AYİB-in maliyyə alətlərindən istifadə etməyi qərara alsa, buna hazırıq. Buna ödəniş sistemlərinin rəqəmsallaşdırılması və "smart" layihələr də daxildir.
- AYİB-in Azərbaycan şirkətlərinə dəstək layihələrini izləyəndə məlum olur ki, bəzi layihələrə maliyyə dəstəyindən imtina edilir. Bu nə ilə bağlıdır?
- AYİB-in maliyyə dəstəyini əldə etmək çox çətindir. Çünki bununla bağlı tələb olunan standartlar çox yüksəkdir. Yəni, təklif edilən layihələr bəzən bu standartlara uyğun olmur. AYİB maliyyə dəstəyindən faydalanmaq istəyən yerli şirkətlərə onu xüsusi vurğulamaq istəyirəm ki, bu dəstəyin ayrılması həm də ölkənin AYİB qarşısındakı məsuliyyətidir. Çünki ümumilikdə AYİB portfeli Azərbaycana təqdim edir. Yəni, siz AYİB-dən fərdi qaydada kredit götürürsünüzsə, həm də düşünməlisiniz ki, kreditin qaytarılmasında hər hansı problem yaransa, neqativ tarixçə formalaşarsa, bu, ümumilikdə Azərbaycanda olan bütün müştərilərə təsir edəcək.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

Banklar     Tarix: 22 sentyabr 2022

Oxşar xəbərlər

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə


iqtisadi xeberler biznes qurmaq bitcoin qiymeti dollar mezenne avtomobil xeberleri