AMB: Banklar mübahisəli əməliyyatların idarə olunması üçün yeni modulu sınaqdan keçirir

AMB: Banklar mübahisəli əməliyyatların idarə olunması üçün yeni modulu sınaqdan keçirirAzərbaycanda fəaliyyət göstərən 16 bank HÖP (Hökumət Ödəniş Portalı) ilə AÖS (Ani Ödənişlər Sistemi) arasında inteqrasiya prosesini tamamlayıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş Proqram Təminatı Mühəndisi Tofiq Acırqayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2026-cı ildə HÖP çərçivəsində həyata keçirilən əməliyyatların AÖS kanalı üzərindən icrasında əhəmiyyətli artım qeydə alınıb:
"Yanvar ayında HÖP üzrə əməliyyatların cəmi 0,13 %-i və ya 8 956 əməliyyatı AÖS vasitəsilə icra olunurdusa, may ayında bu göstərici 4,5 %-ə və ya 314 351 əməliyyata yüksəlib. Beləliklə, beş ay ərzində AÖS üzərindən həyata keçirilən əməliyyatların sayı 35 dəfə artıb".
T.Acırqayev vurğulayıb ki, söhbət yeni əməliyyatların yaranmasından deyil, mövcud HÖP əməliyyatlarının HÖP platforması əvəzinə AÖS kanalı vasitəsilə icra olunmasından gedir. Hazırda 16 bank inteqrasiya prosesini tamamlayıb, eyni zamanda HÖP kanalı da fəaliyyətini davam etdirir.
O qeyd edib ki, AÖS sistemində əməliyyat sayının artması mübahisəli halların sayına da təsir göstərir: "Hazırda bu cür hallar iştirakçılar arasında ikitərəfli danışıqlar yolu ilə həll edilir.
Proseslərin daha səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunması məqsədilə Mərkəzi Bank iştirakçılara xüsusi modul təqdim edib. Bu modul vasitəsilə iştirakçılar mübahisəli halları qeydiyyata ala, məlumat mübadiləsi apara, müraciətləri araşdıra, onları qəbul və ya rədd edə, zərurət yarandıqda isə arbitraj mərhələsinə yönləndirə bilərlər.
Hazırda banklar modul üzrə inteqrasiya işlərini davam etdirir və aktiv test mərhələsində iştirak edirlər". / banker.az

Banklar     Tarix: 10 iyun 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler bitcoin qiymeti dollar mezenne leobank kart biznes ideyalari