Azər Əmiraslanov: "Elektron siqaret biznesi ilə məşğul olan sahibkarlara dəstək göstərilməlidir ki, qara bazara yönəlməsinlər"
Elektron siqaretlərin idxalı və satışının qadağan edilməsini nəzərdə tutan qanunvericilik paketi qüvvəyə mindikdən sonra əsas məqsəd əhalinin sağlamlığının qorunması ilə sahibkarların hüquqları arasında balansın təmin edilməsidir.
Azərbaycanda aprelin 1-dən elektron siqaretlər qadağan olunur
FED.az biznes vəmaliyyə xəbərləri portalı xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
Azər Əmiraslanov qeyd edib ki, layihənin ilkin redaksiyasında qanunun qüvvəyə minmə müddəti 1 fevral nəzərdə tutulub. Sahibkarların iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə müraciətlərini nəzərə alaraq bu müddətin aprelin 1-nə kimi uzadılmasını təklif etdik. Qanun layihəsinin hər 3 oxunuşunda dövlət orqanlarına çağırış etdik ki, elektron siqaret bazarının iştirakçısı olan sahibkarlar üçün sərt qadağa rejiminə keçildiyi bir vaxtda hər cür dəstək verilsin. Həmin sahibkarlar qadağa ilə bağlı təşəbbüsləri anlayışla qarşılayır.
"Dövlət qurumları da öz növbəsində müvafiq sahibkarların maliyyə problemləri və çətinlikləri ilə qarşılaşmaması üçün hər cür dəstəyi göstərməlidirlər. Biz İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq bu sahədə indiyə kimi fəaliyyət göstərmiş iş adamlarının müraciətlərinə diqqətlə baxacağımızı bildiririk. Sahibkarlara köməklik göstərilməlidir ki, sonra onlar bu və ya digər səbəblərdən qara bazar iştirakçılarına çevrilməsinlər", - komitə sədri vurğulayıb. (Apa)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
1000 manatla hansı biznesi qurmaq olar?
ZARA-nın uğur hekayəsi
Ən bahalı otellər hansılardır?
Kriptovalyuta nədir?
Biznesə aid ən yaxşı 10 kitab