Azər Türk Bankdan regionlarda kiçik və orta biznesin inkişafına dəstək
Dövlət bankı Azər Türk Bank ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində işlərini davam etdirir.
Belə ki, Bank Bakı şəhərindən başqa, regionlarda da kiçik və orta təsərrüfat subyektlərinin kreditlərə əlçatanlığını artırmaq məqsədi ilə Gəncə şəhərində
yerləşən filialında Gəncə, Şəmkir, Goranboy, Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara biznes kreditləri təklif edir.
Filialda kiçik və orta biznes (KOB) kreditləri əldə etmək istəyən sahibkarların əlverişli şərtlər və sadə prosedurlar əsasında maliyyələşdirilməsi həyata keçirilir.
Belə bir xidmət yaxın günlərdə Bankın Şirvan filialında da sahibkar müştərilərə təklif ediləcəkdir. Bu xidmət vasitəsilə Şirvan, Salyan, Haçıqabul, Sabirabad və digər yaxın bölgələrdəki kiçik və orta biznes subyektləri rahat şəkildə kredit əldə edə biləcəklər.
Qeyd edək ki, sahibkarlara təklif olunan kreditlərin məbləği 5 000 manatdan 200 000 manatadəkdir. İllik faiz dərəcəsi 13%-dən başlayan bu kreditlər 1 aydan 42 ay müddətinədək rəsmiləşdirilir.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən zəngin idmançıları
1000 manatla hansı biznesi qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Start-up nədir?