Azərbaycan bankı İsveçrə şirkətindən 5 milyon kredit cəlb etdi

Azərbaycan bankı İsveçrə şirkətindən 5 milyon kredit cəlb etdiAccessBank, öz investoru - beynəlxalq maliyyə institutu olan responsAbility Investment AG ilə kredit müqaviləsi imzalayıb.
Razılaşmaya əsasən responsAbility Investment AG tərəfindən idarə olunan iki maliyyə fondu ilə 3 il müddətinə - 3 milyon ABŞ dolları və 2 milyon ABŞ dolları dəyərində iki Kredit Müqaviləsi təsdiqlənib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Cəlb edilən vəsaitlər Azərbaycanda sahibkarlığın təşviqi və inkişafına yönəlmiş təşəbbüslərə, o cümlədən Bankın əsas prioritet istiqamətlərindən olan mikrokreditlərin maliyyələşdirilməsinə yönəldiləcək.
"İnvestorumuz olan responsAbility Investment AG-dən aldığımız bu maliyyə dəstəyini çox yüksək qiymətləndiririk. Bu razılaşma yalnız biznes əməliyyatı deyil, həm də qarşılıqlı etimad və bankımızın  Azərbaycanda sahibkarların imkanlarının genişləndirilməsi siyasətinə sadiqliyimizin bariz nümunəsidir. Cəlb edilən vəsaitlər hesabına biz regionda iqtisadi artım və inkişafı təşviq etmək üçün təşəbbüslərimizi daha da gücləndirəcəyik. Hər bir kredit yeni üfüqlərə çatmaq üçün bir fürsətdir və biz bu səyahətin bir hissəsi olmaqdan qürur duyuruq. Məqsədimiz müştərilərimiz üçün maliyyə sabitliyi və inkişaf yolunda etibarlı tərəfdaş olmaqdır", - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
responsAbility Investment AG dünyada aktivlərin idarə edilməsi və inkişafa yatırımlar edən aparıcı şirkətlərindən biridir. Şirkət inkişaf etməkdə olan iqtisadiyyatlarda müxtəlif investisiya mexanizmlərinin idarə edilməsin həyata keçirir. 
responsAbility Investment AG 70 ölkədə 250-dən çox şirkətə sərmayə qoymuş 4,5 milyard ABŞ dollarından çox aktivə malikdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / marja.az

Banklar     Tarix: 03 may 2024

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler valyuta xeberleri bitkoin qiymeti kicik biznes depozit faizleri