Azərbaycan banklarının nümayəndələri Türkiyənin "Ziraat Bankası"nda qonaq olublar

Azərbaycan banklarının nümayəndələri Türkiyənin ®Azərbaycan Banklar Assosiasiyası və Türkiyə Banklar Birliyi tərəfindən Türkiyəyə təşkil edilən işgüzar səfər çərçivəsində Azərbaycan banklarının nümayəndələri ilə Ziraat Bank Azərbaycanın əsas səhmdarı, 160 illik tarixə malik Türkiyənin dövlət bankı "Ziraat Bankası" arasında görüş keçirilib. 
26 Aprel tarixində Azərbaycan Banklar Assosiasiyasının Marketinq və PR Ekspert qrupunun  üzvləri ilə Türkiyə "Ziraat Bankası"nın Korporativ Əlaqələr və Data Analitikası departamentləri arasında təcrübə mübadiləsi məqsədli görüşlər keçirilib. Görüşdə Türkiyənin "Ziraat Bankası"nın Korporativ Əlaqələr və Data Analitikası departamentlərinin nümayəndələri reklam kampaniyalarının hazırlanması və effektivliyinin hesablanması, müştəri münasibətlərinin idarə edilməsi, araşdırma və analiz mövzuları üzrə təcrübələrini paylaşıb, qrup üzvlərinin suallarına cavab veriblər. Azərbaycan banklarının nümayəndələri, həmçinin Türkiyənin "Ziraat Bankası"nın baş ofisində yerləşən və Türkiyənin bankçılıq tarixi haqqında məlumat verən "Sanat Müzesi"nə ziyarət edərək bankların tarixi və keçmişdə istifadə edilən məhsulları ilə tanış olublar.  

Qeyd edək ki, işgüzar səfər aprel ayının 24-dən 26-dək davam edib. Səfər zamanı Azərbaycan banklarının nümayəndələri "Yapı Kredi Bankası", "Halk Bankası", "Garanti Bank BBVA", "Mastercard" və "Haber Global" TV kimi məşhur qurumlarda görüşlər keçirib, təcrübə mübadiləsi aparıblar. İşgüzar səfərin əsas məqsədi ekspert qrupunun üzvlərinin korporativ sosial layihələr haqqında, digital marketinq sahəsində məlumat toplanılması və təcrübə mübadiləsinin aparılması olub. İşgüzar səfərdə Ziraat Bank Azərbaycanın nümayəndələri də iştirak ediblər.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 
Azərbaycan banklarının nümayəndələri Türkiyənin Azərbaycan banklarının nümayəndələri Türkiyənin / banker.az

Banklar     Tarix: 03 may 2024

Oxşar xəbərlər

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira


iqtisadi xeberler avtomobil xeberleri kicik biznes dollar manat kursu iqtisadiyyat xeberleri