Azərbaycan banklarının nümayəndələri Türkiyənin "Ziraat Bankası"nda qonaq olublar

Azərbaycan banklarının nümayəndələri Türkiyənin (®) Azərbaycan Banklar Assosiasiyası və Türkiyə Banklar Birliyi tərəfindən Türkiyəyə təşkil edilən işgüzar səfər çərçivəsində Azərbaycan banklarının nümayəndələri ilə Ziraat Bank Azərbaycanın əsas səhmdarı, 160 illik tarixə malik Türkiyənin dövlət bankı "Ziraat Bankası" arasında görüş keçirilib.
26 Aprel tarixində Azərbaycan Banklar Assosiasiyasının Marketinq və PR Ekspert qrupunun  üzvləri ilə Türkiyə "Ziraat Bankası"nın Korporativ Əlaqələr və Data Analitikası departamentləri arasında təcrübə mübadiləsi məqsədli görüşlər keçirilib. Görüşdə Türkiyənin "Ziraat Bankası"nın Korporativ Əlaqələr və Data Analitikası departamentlərinin nümayəndələri reklam kampaniyalarının hazırlanması və effektivliyinin hesablanması, müştəri münasibətlərinin idarə edilməsi, araşdırma və analiz mövzuları üzrə təcrübələrini paylaşıb, qrup üzvlərinin suallarına cavab veriblər. Azərbaycan banklarının nümayəndələri, həmçinin Türkiyənin "Ziraat Bankası"nın baş ofisində yerləşən və Türkiyənin bankçılıq tarixi haqqında məlumat verən "Sanat Müzesi"nə ziyarət edərək bankların tarixi və keçmişdə istifadə edilən məhsulları ilə tanış olublar. 
Qeyd edək ki, işgüzar səfər aprel ayının 24-dən 26-dək davam edib. Səfər zamanı Azərbaycan banklarının nümayəndələri "Yapı Kredi Bankası", "Halk Bankası", "Garanti Bank BBVA", "Mastercard" və "Haber Global" TV kimi məşhur qurumlarda görüşlər keçirib, təcrübə mübadiləsi aparıblar. İşgüzar səfərin əsas məqsədi ekspert qrupunun üzvlərinin korporativ sosial layihələr haqqında, digital marketinq sahəsində məlumat toplanılması və təcrübə mübadiləsinin aparılması olub. İşgüzar səfərdə Ziraat Bank Azərbaycanın nümayəndələri də iştirak ediblər.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. 
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin,Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Azərbaycan banklarının nümayəndələri Türkiyənin Azərbaycan banklarının nümayəndələri Türkiyənin / marja.az

Banklar     Tarix: 03 may 2024

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler valyuta xeberleri bitkoin qiymeti kicik biznes depozit faizleri