"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Azərbaycan benzini Ermənistan bazarında yüksək tələbata malikdir, o çox sürətlə satılır.
Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
"Azərbaycan benzini (Ermənistanda - red.) çox sürətlə istehlak olunur. Nə qədər çox idxal ediriksə, bir o qədər tez sərf edilir. O (Azərbaycan benzini - red.) bitdikdə, (Ermənistanda - red.) benzin qiymətləri artır", - nazir bildirib.
Azərbaycan Ermənistana neft məhsullarının tədarükünə ötən ilin dekabrında başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabrda Ermənistana 788,8 min ABŞ dolları dəyərində 1 min 210,28 ton "Premium Euro-95" markalı avtomobil benzini tədarük edilib.
Xatırladaq ki, bu gün Azərbaycan Ermənistana 4 500 ton dizel yanacağı göndərib. / marja.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Start-up nədir?
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Bitcoin necə işləyir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?