Azərbaycan Danimarkanın iri şirkətilə anlaşdı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarkanın "Carlsberg Group" şirkətinin nümayəndələri ilə görüşüb.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri qeyd olunub.
"Carlsberg Group" şirkətinin ölkəmizdə uğurlu fəaliyyəti, investisiyaların dəstəklənməsi, yerli istehsalın artırılması, əldə edilən nəticələr və potensial addımlar müzakirə olunub.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə "Carlsberg Azerbaijan" şirkəti arasında 2025–2030-cu illəri əhatə edən Anlaşma Memorandumu imzalnıb. Vurğulanıb ki, sənədin icrası xammal və qablaşdırma materiallarının lokallaşdırılmasına, tam yerli istehsalın təmin edilməsinə, ətraf mühitin qorunmasına töhfə verəcək.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab