Azərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı -SAZİŞ İMZALANDI

Azərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı -SAZİŞ İMZALANDIAzərbaycan Dünya Bankı ilə bərpa olunan enerji layihəsi üzrə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb
Azərbaycan hökuməti ilə Dünya Bankı arasında "Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi" çərçivəsində kredit sazişi imzalanıb.
Azərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı -SAZİŞ İMZALANDI"Marja" xəbər verir ki, imzalanma mərasimində iki sənəd - "AzərEnerji" ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) arasında kredit müqaviləsi və Azərbaycan Respublikası ilə IBRD arasında zəmanət sazişi təsdiqlənib.
Məbləği 173,5 milyon ABŞ dolları olan kredit müqaviləsini "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştаlmaister imzalayıblar. Zəmanət sazişinə isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ştefani Ştаlmaister imza atıblar.
Kredit vəsaiti Azərbaycanda tikilməkdə olan bərpa olunan enerji mənbələri (BOEM) üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək.
Kredit 5 il güzəşt müddəti olmaqla 15 illik şərtlərlə ayrılıb və 2039-cu ilin sonunda tam qaytarılması nəzərdə tutulur. Layihədə Azərbaycan hökumətinin iştirak payı isə 31,2 milyon ABŞ dolları təşkil edir ki, bu məbləğ əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsinə yönəldiləcək.
İcra müddəti 4 il olan layihənin əsas məqsədi "AzərEnerji"nin enerji sisteminin səmərəliliyini artırmaq və növbəti 5 ildə BOEM-lərin elektrik ötürücü şəbəkəyə təhlükəsiz inteqrasiyasına dəstək verməkdir.
Dünya Bankının maliyyələşdirəcəyi komponentlərə 341 km uzunluğunda 500 və 330 kV-luq dörd yeni elektrik verilişi xəttinin inşası, eləcə də 500/330/10 kV-luq Nəvahi yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması daxildir.
Azərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı -SAZİŞ İMZALANDIAzərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı -SAZİŞ İMZALANDI/ marja.az

Banklar     Tarix: 02 iyul 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun