Azərbaycan ərəb ölkəsinə fındıq satmağa başlayıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 100,4 milyon ABŞ dolları dəyərində 13 486 ton meşə fındığı ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılanhesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 44,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,5 % az) 6 510 ton (-15 %), Almaniyaya 18,3 milyon ABŞ dolları dəyərində (+82 %) 2 145 ton (+62 %), İtaliyaya 12 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 366 ton (+63 %), Türkiyəyə 9,3 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 243 ton (+4 dəfə), İsveçrəyə 4,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 560 ton (+3 dəfə) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük (472,4 min ABŞ dolları dəyərində 46 ton) həyata keçirilib. / marja.az
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat