Azərbaycan iqtisadiyyatı 4,1 faiz artıb
Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-noyabr aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 113282,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artmışdır.
ÜDM istehsalının 37,1 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 11104,2 manata bərabər olmuşdur. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda banklararası istinad faizi yüksəlib
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
ABB DigiLife onlayn jurnalını təqdim etdi
Bitcoin nədir?
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən varlı 10 müğənnisi