Azərbaycan iqtisadiyyatına 9 milyard manatdan çox - İNVESTİSİYA QOYULUB
2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 9117,0 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilib.
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 22,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 5306,3 milyon manatı və ya 58,2 faizi məhsul istehsalı sahələrinə, 3292,0 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 518,7 milyon manatı (5,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6843,3 milyon manatını və ya 75,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6642,6 milyon manatı və ya 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,0 faiz, büdcə vəsaitləri 34,5 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər 4,4 faiz, bank kreditləri isə 2,9 faiz təşkil edib.

"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb
Anar Əliyev: Məqsəd sahibkarı cərimələmək deyil, risklərin qarşısını almağa kömək etməkdir
EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Biznes planı necə yazmaq lazımdır?
Biznes təlimlər və tədris üsulları
İnstaqramda biznes qurmağın yolları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri