Azərbaycan-İran sərhədində atışma: Yaralanan var
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından (İİR) Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX Mətbuat Mərkəzindən məlumat verilib.
Bildiirlib ki, avqustun 12-si saat 01:55-də Yardımlı rayonunun Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İİR-dən Azərbaycan istiqamətində hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub və sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.
Sərhəd pozucularına sərhəd naryadı tərəfindən "Dayan" komandası verilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər.
"Dövlət sərhədi haqqında" Azərbaycan qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub. Nəticədə bir nəfər sərhəd pozucusu yaralanaraq saxlanılıb, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olub. Yaralanan sərhəd pozucusuna dərhal tibbi yardım göstərilib və xəstəxanaya təxliyə edilib. İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən olunub.
Ərazidə aparılan axtarış tədbirləri nəticəsində bir ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə ("marixuana"), bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülüb.
Fakt üzrə Azərbaycan Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
CV hazırlayarkən buraxılan 5 səhv
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın ən bahalı restoranları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt