"Azərbaycan-İtaliya münasibətləri Avropada yeni bir siyasi dizayn formalaşdırıb" - AÇIQLAMA

Prezident İlham Əliyevin İtaliyaya səfəri həm Azərbaycan həm də İtalya mətbuatının əsas müzakirə mövzusuna çevrildi. Ölkə başçısının rəsmi səfəri Azərbaycan-İtaliya münasibətlərinin daha da genişlənəcəyini və inkişaf edəcəyini deməyə əsas verir. Bəs görüşdə əldə edilən bir sıra razılaşmalar gələcəkdə İtaliya və Azərbaycanın müttəfiqliyinə nə kimi töhfələr verə bilər?.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki,  Azərbaycan-İtaliya münasibətləri çox yüksək səviyyədə inkişaf edir: "Son illər ərzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyada və Vatikanda keçirdiyi görüşlər bizi bu ölkə ilə daha da yaxınlaşdırır. Azərbaycan İtaliya Universitetinin yaradılacağı və 2024-cü ildə fəaliyyətə başlayacağı haqqında da ölkə başçısının fikirləri mövcuddur. Amma Prezidentin İtaliyada təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanın rolu haqqında etdiyi çıxış çox mühüm əhəmiyyətə malikdir. Həm Azərbaycanda, həm İtaliyada məhz həmin çıxışa xüsusi diqqət ayırırlar. Bu çıxışı Azərbaycan-İtaliya münasibətləri və rəsmi Bakının Avropanın enerji təhlükəsizliyində oynadığı rolu baxımından iki istiqamətə bölmək olar. Birinci istiqamətə bu illər ərzində Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin artmasını, münasibətlərin yaxılaşmasını aid etmək mümkündür. Digər tərəfdən İtaliya idxal-ixrac məsələsində Türkiyədən və Rusiyadan sonra növbəti yeri bölüşür. Üstəlik İtaliya Avropanın aparıcı dövlətidir, "G7"nin üzvüdür və ən qədim tarixə malik ölkələrdən biridir".
Cümşüd Nuriyev əlavə edib ki, İtaliyanın Azərbaycana münasibəti kifayət qədər müsbətdir: "Burada ölkə Prezidentinin və Birinci vitse-prezidentin rolu danılmazdır. İkinci istiqamət isə enerji təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan tərəfindən TAP və TANAP neft-qaz kəmərlərinin çəkilməsi, İtaliyanın neftlə tam təmin olunması, hazırda isə qazla təchizatın çox yüksək səviyyəyə çatdırılması bu münasibətlərin təzahürüdür. Prezident İlham Əliyevin də dediyi kimi Türkiyədən sonra Azərbaycanın azad edilən torpaqlarında ən çox fəaliyyət göstərən məhz İtaliya şirkətləridir. Həm Şuşada məscidin, həm də Bakıda "Zəfər" kompleksinin tikintisi İtaliya şirkətlərinə həvalə olunub. Ümumiyyətlə Heydər Əliyev Fondunun xətti ilə bərpa olunacaq bütün qədim məscidlər İtaliya şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu da çox böyük bir məsələdir. Çünki bizim tariximizin bərpasında İtaliyanın rolu danılmazdır. Yəni İtaliya-Azərbaycan münasibətləri arxeologiya sahəsində sürətlə inkişaf edir. Prezident də qeyd etdi ki, 22 fevraldan sonrakı dünya əvvəlki ilə eyni olmayacaq. Bu o deməkdir ki, Azərbaycanın İtaliya ilə münasibətləri tək Cənubi Qafqazda və MDB məkanında deyil, eyni zamanda Avropada da yeni bir siyasi dizayn formalaşdırıb. Avropanın siyasi arxitekturasının formalaşmasında Azərbaycanın yer alması çox mühüm bir məsələdir. Çünki qoca Avropa kifayət qədər peşəkar siyasətlə məşğul olan bir qitədir. Azərbaycanın ora çox peşəkarcasına daxil olmasını xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Prezidenti İtaliya mediasına verdiyi müsahibələrində və keçirdiyi görüşlərindəki açıqlamalarında özünü peşəkar siyasətçi və diplomat kimi təqdim edib. Bunu dərk edən hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Xəbərlər     Tarix: 05 sentyabr 2022

Oxşar xəbərlər

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq


iqtisadi xeberler biznes ideyalari avtomobil xeberleri bitkoin qiymeti valyuta kurslari