Azərbaycan kriptodan istifadə üzrə dünyada neçənci yerdədir? - DETALLAR

Azərbaycan kriptodan istifadə üzrə dünyada neçənci yerdədir? - DETALLARDünyanın ən geniş kriptovalyuta istifadə göstəricilərini əhatə edən "Chainalysis 2025 Global Crypto Adoption Index" hesabatında Azərbaycan 90-cı pillədə qərarlaşıb.
Bitcoin 112 min dollara qədər gerilədi - SON QİYMƏT
FED.az xəbər verir ki, bu reytinq ölkədə kriptovalyuta istifadəsinin hələ ilkin mərhələdə olduğunu göstərir. Qeyd edək ki, hesabatda ilk üçlüyü Hindistan, ABŞ və Pakistan tutub.
Azərbaycan bu araşdırmada Yaxın Şərq və Şimali Afrika regionuna daxil edilib. Hesabat ölkələrin kriptovalyuta qəbul səviyyəsini beş əsas göstərici üzrə qiymətləndirib. Azərbaycanın nəticələri aşağıdakı kimidir:
Pərakəndə mərkəzləşmiş xidmətlər üzrə göstərici: 
 Azərbaycan bu kateqoriyada 83-cü yeri tutub. Bu, ölkədə adi istifadəçilər, yəni fərdi və kiçik investorlar arasında kriptovalyuta əməliyyatlarının hələ geniş yayılmadığını göstərir.
Ümumi mərkəzləşmiş xidmətlər üzrə göstərici : 
Azərbaycan 81-ci pillədə yer alıb. Bu, həm pərakəndə, həm də institusional əməliyyatları birləşdirən ümumi bazar aktivliyinin nisbətən zəif olduğunu ifadə edir.
Qeyri-mərkəzləşmiş maliyyə əməliyyatları:
Ölkə bu sahədə 97-ci yerdə qərarlaşıb. Yəni DeFi platformalarından (Uniswap, Aave, Compound, Curve Finance) məsələn, mərkəzsiz kredit və ya token mübadiləsinin Azərbaycanda çox aşağı səviyyədə olduğu məlum olur.
İnstitusional əməliyyatlar üzrə göstərici:
Bu göstərici  iri şirkətlərin və investorların əməliyyatlarıdır. Bu göstərici üzrə Azərbaycan 82-ci yerdə olub. Yəni ölkədə hələ böyük biznes qurumları və maliyyə təşkilatları kriptovalyuta bazarında ciddi şəkildə iştirak etmir.
Ümumilikdə, bu nəticələr göstərir ki, Azərbaycanda kriptovalyutadan istifadə hələ başlanğıc mərhələsindədir.

Kriptovalyuta     Tarix: 29 oktyabr 2025

Oxşar xəbərlər

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya

İlk investisiyanızı 0% komissiya ilə etməyə hazırsınız? . xəbər verir ki, Unicapital investisiyaya başlamaq istəyənlər üçün qlobal bazarlara komissiyasız çıxış təqdim edir. Belə ki, Unicapital-a məxsus UTrader platformasınd

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne

AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov "Binance" şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" 66 min dolları ötüb - YENİ QİYMƏT

Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib. xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib. . Ə

Bitkoin ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donal

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib


iqtisadi xeberler biznes xeberleri en son xeberler 1000 manatla biznes bitcoin