Azərbaycan məhsulları "WorldFood Istanbul 2025" sərgisində təqdim edilir

Azərbaycan məhsulları Türkiyənin İstanbul şəhərində "TÜYAP Sərgi və Konqres Mərkəzi"ndə "WorldFood Istanbul 2025" - 33-cü Beynəlxalq Qida Məhsulları və Texnologiyaları Sərgisi keçirilir.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, sentyabrın 2-5-ini əhatə edən sərgidə KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri də məhsul və xidmətlərini təqdim edirlər. 
KOBİA-nın təşkil etdiyi vahid ölkə stendində Azərbaycanın bal, quru meyvə və çərəzlər, şirniyyat məmulatları, yağlar, meyvə-tərəvəz əzmələri və s. qida məhsulları nümayiş olunur, onların hazırlanması texnologiyaları barədə sərgi ziyarətçilərinə məlumat verilir. Eyni zamanda stenddə Azərbaycan brendi olan və dünyanın aparıcı beynəlxalq tədbirləri sırasında yer alan Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan" da təmsil olunur. "Caspian Event Organisers"in təşkilatçılığı, "Caspian Event Management" və "ICA Events"in tərəfdaşlığı ilə 5-8 may 2026-cı ildə keçiriləcək növbəti "InterFood Azerbaijan" Sərgisinin imkanları və potensial iştirakçılar üçün əməkdaşlıq istiqamətləri barədə stenddə məlumat verilir.
Stenddə KOBİA tərəfindən Azərbaycanın əlverişli biznes və investisiya mühitinin təşviqi məqsədilə ölkəmizdə sahibkarların dəstəklənməsi üçün mövcud alətlər, o cümlədən KOBİA tərəfindən təmin olunan dəstəklər, biznes üçün imkanlar barədə məlumat verilir, müxtəlif çap məhsulları təqdim edilir.
Həmçinin sərgi çərçivəsində Azərbaycan sahibkarlarının müxtəlif ölkələrdən olan iş adamları ilə görüşlər keçirməsi, yeni əməkdaşlıq və ixrac imkanlarına dair müzakirələr aparması üçün vahid ölkə stendində lazımi şərait yaradılıb.
Qeyd edək ki, hər il keçirilən "WorldFood Istanbul" sərgisi regionun nüfuzlu beynəlxalq qida sərgilərindəndir. Bu il sərgi 100-ə yaxın ölkədən 900-dən çox şirkəti bir araya gətirib.

Biznes     Tarix: 03 sentyabr 2025

Oxşar xəbərlər

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy


iqtisadi xeberler internetden pul qazanmaq investisiya biznes qurmaq bitkoin