Azərbaycan məhsullarının "Trendyol"da satışı iqtisadiyyatımıza nə verə bilər?

Azərbaycan məhsullarının "Trendyol" Azərbaycanda istehsal edilən məhsulların bu platformada satışının təşkil olunması ilə maraqlanır.
Bəs Azərbaycan məhsullarının "Trendyol"da satışı iqtisadiyyatımıza nə verə bilər?
Trendyol: "Gündəlik 55-60 min sifarişi Türkiyədən Azərbaycana göndəririk"
FED.az xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, "Trendyol"un Azərbaycanda istehsal edilən məhsulları təqdim etməsi ölkəmizdə birmənalı olaraq istehsala öz töhfəsini verəcək.
Onun sözlərinə görə, bu, öz növbəsində keyfiyyət standartlarının yüksəldilməsi tələblərini ortaya çıxaracaq.
"Trendyol"da satışa çıxarılan məhsullar texniki, eyni zamanda, keyfiyyət göstəriciləri standartlara uyğun olmalıdır ki, alıcılar tərəfindən istehlak edilə bilsin. Eyni zamanda, bu prosesin özü ölkəmizdə yeni bir istehsal mədəniyyətinin formalaşmasına kömək edə bilər.
İxracda lazım olan əlavə xərclərin azaldılmasına xidmət edəcək, zamanla bağlı qənaətin əldə olunmasına imkan verəcək. Bir sözlə, yeni fürsətlər və düzən yarada bilər. Yetər ki, Azərbaycanda istehsal prosesləri sürətləndirilsin. Bu prosesin sürətləndirilməsi, hesab edirəm ki, zəncirvari ticarətə müsbət töhfə verəcək".
Ekspert vurğulayıb ki, yerli istehsalın əsas problemlərindən biri də fiziki olaraq standartlara cavab vermə məsələsidir.
"Standartlara cavab verən avadanlıqlardan istifadə edilmədiyinə görə geyimlərdə ciddi şəkildə ölçü problemi yaşanır. Belə satış sahələri ilə "Trendyol"da satış həyata keçirmək mümkün olmayacaq", - deyə o qeyd edib. (Trend)

Biznes     Tarix: 23 fevral 2024

Oxşar xəbərlər

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə


iqtisadi xeberler pul qazanmaq rubl mezenne bank faizleri valyuta kurslari