Azərbaycan millisi 10-cu dəfə Avropa çempionatının final mərhələsinə yüksəldi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib.
KONKRET.az-ın məlumatına görə, yığmamız buna təsnifat mərhələsinin son turunun oyununda nail olub.
D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriya ilə səfərdə keçirilən qarşılaşma başa çatmamış 2-ci yeri təmin edib. İlk iki setdə 25:14 və 25:20 hesabı ilə qələbə qazanan voleybolçularımız bu görüşdə ən azı 1 xal əldə edəcək.
Bununla da yığmamız Avstriya üçün əlçatmaz olub. Qarşılaşmadan öncə 9 xala malik komandamız rəqibini 2 xal qabaqlayırdı.
Millimiz hamısı ardıcıl olmaqla 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni AVRO-2005-də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.
Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan AVRO-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.
Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya, 4-cü pilləni Gürcüstan tutub.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən zəngin idmançıları
Kriptovalyuta nədir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?