Azərbaycan millisinin voleybolçusu Macarıstan klubunda oynayacaq
Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanova karyerasını Macarıstanda davam etdirəcək.
KONKRET.az xəbər verir ki, 31 yaşlı toppaylayıcı "Elerre" klubuna keçib.
Təmsilçimiz artıq Ekstraliqanın debütantına qoşulub. Azərbaycan klubları ilə yanaşı, Polşa və Yunanıstanda da oynamış Şəfaqət əvvəllər də Macarıstanda çıxış edib.
Alışanova yeni klubuna keçməyinə şad olduğunu bildirib: "Elerre" ilə müqavilə imzaladığım üçün şadam. Bu, mənim üçün yeni təcrübə olacaq. Hədəfimiz çempionatda yaxşı çıxış etməkdir. Düşünürəm ki, bunun öhdəsindən gələcəyik".
Qeyd edək ki, Şəfaqətin son komandası Yunanıstanın "Porfiras" klubu olub.
Almaniya Azərbaycandan neft alışını artırıb
Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib
Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c