Azərbaycan pambıq sektorunda tarixi ilk: Prime Cotton USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu

Azərbaycan pambıq sektorunda tarixi ilk: Prime Cotton USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət olduPrime Cotton Azərbaycan pambıq sektorunda tarixi bir mərhələyə imza ataraq, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin National Organic Program (USDA NOP) çərçivəsində rəsmi Orqanik Sertifikat əldə edən ilk şirkət oldu.
USDA NOP sertifikatı Prime Cotton-un istehsal etdiyi pambığın:
tam orqanik olduğunu,
istehsal proseslərinin şəffaf və izlənəbilən şəkildə aparıldığını,
fəaliyyətlərin qlobal səviyyədə tanınan orqanik standartlara uyğunluğunu rəsmi şəkildə təsdiqləyir.
Bu sertifikat Prime Cotton məhsullarının beynəlxalq bazarlarda etibarlı və rəqabətqabiliyyətli şəkildə təqdim olunmasına mühüm imkanlar yaradır və şirkətin qlobal tərəfdaşlar üçün etibarlı təchizatçı mövqeyini daha da gücləndirir.
"USDA NOP Orqanik Sertifikatının əldə olunması Prime Cotton üçün sadəcə bir sertifikat deyil, şirkətimizin gələcək inkişaf istiqamətini müəyyən edən strateji bir addımdır. Azərbaycanın pambıq sektorunda bu sertifikatı əldə edən ilk şirkət olmaq bizim üçün böyük qürurdur. Bu nailiyyət dayanıqlı kənd təsərrüfatına, şəffaf istehsala və beynəlxalq standartlara sadiqliyimizin bariz göstəricisidir. Məqsədimiz Azərbaycan pambığını qlobal bazarlarda yüksək etimadla təmsil etməkdir" deyə Prime Cotton şirkətinin Baş icraçı direktoru Rövşən Mahmudov bildirib.
USDA NOP sertifikatı Prime Cotton-un dayanıqlılıq və məsuliyyətli istehsal strategiyasının tərkib hissəsidir. Şirkət eyni zamanda Sedex, OEKATEX, Geodentify, Higg, ICA kimi beynəlxalq sertifikat və üzvlüklərə malikdir.
Bu sertifikat və üzvlüklər Prime Cotton-un beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və məsuliyyətli istehsal prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.
Qeyd edək ki, "Prime Cotton" MMC - 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
[email protected]
+994 (55) 515 01 01 / fed.az

Biznes     Tarix: 24 dekabr 2025

Oxşar xəbərlər

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler valyuta xeberleri en son xeberler valyuta kurslari pul qazanmaq