Azərbaycan Prezidenti: "Müharibədə qalib gəlmək həyatımın missiyası idi"
"Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib.
"Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik", – dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar:
"Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər".
Çin Yaponiyaya iqtisadi təzyiqi artırır
Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki
Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib
Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə