Azərbaycan Qazaxıstandan son iki ayda neft idxal etməyib
Azərbaycan son iki ayda Qazaxıstandan neft idxalını dayandırıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, 2023-cü ilin aprelinə qədər Azərbaycan Mərkəzi Asiya ölkəsindən 445 123 barel həcmində xam neft almışdı və bunun idxal dəyəri $29.64 mln. idi.
Qeyd edək ki, Qazaxıstan əsasən neftini Rusiya üzərindən dünya bazarına çıxarma imkanına malikdir. Lakin Rusiyanın 2022-ci ildən başlayaraq Ukrayna ilə hərbi toqquşmalardan sonra, ölkə sanksiyalara məruz qalıb. Bu da öz növbəsində Qazaxıstanın neft nəqlində çətinlik yaradıb.
Ötən Rusiya üzərindən keçən Xəzər Boru Kəməri Konsorsiumu "ekoloji qaydaların pozulması" səbəbi və s. kimi səbəblərdən nəql gücü zəifləyib, bundan sonra ölkə çıxış yolundan biri kimi Azərbaycanı seçib. Cari ilin aprelində Qazaxıstan və Azərbaycan Bakı-Supsa boru kəməri ilə 5 milyon ton (bu təqribən 37 mln. barrel edir) Qazaxıstan neftinin nəqli üçün danışıqlar aparır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan lideri ilə görüşdə bildirmişdi ki, sazişlər sayəsində bu il Azərbaycan vasitəsilə Qazaxıstan neftinin "ilk partiyası"nı yolasalıb. "Növbəti addım tədarükün həcmini artırmaq və bunun uzunmüddətli, sabit olmasını təmin etməkdir"- deyə, Tokayev bildirmişdi.
Qazaxıstan nefti Azərbaycan üzrə marşrutu paritet (50 %/50 %) əsasında nəql olunur. Qazaxıstan tərəfdən dəniz daşıyıcısı qismində "Kazmortransflot", Azərbaycan tərəfdən isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dir.
Azərbaycan hazırda tranzit imkanlarından yararlanaraq Türkmənistan neftinin idxalını da davam etdirir. Cari ilin ilk yarısında Türkmənistandan 3 487 min barel xam neft idxal edib və bunun idxal dəyəri isə $271.59-dur.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Françayzinq nədir və necə olur?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Amazonda satış etmək üçün bilməli olduqlarınız