Azərbaycan qazlaşma göstəricisi üzrə Rusiya və bir sıra Avropa ölkəsindən irəlidədir
Rusiyada qazlaşdırmanın səviyyəsi 70%-dən çoxdur, qonşu şimal ölkələrində isə bu göstərici 3% təşkil edir.
Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Hətta 20 il əvvəl ölkədə qazlaşdırmanın səviyyəsi 53% idisə, bu gün biz 73% səviyyəsinə çatmışıq və prezident 2030-cu ildə 83% səviyyəsinə çatmaq vəzifəsini qoyub, bu, maksimum həddir", – Aleksand Novak qeyd edib.
Onun sözlərinə görə, böyük Avropa ölkələrində qazlaşdırma daha aşağı səviyyədədir, məsələn, Almaniyada – 47%, Fransada – 38%, İspaniyada – 32%.
"Bilirsiniz, hətta Norveç, İsveç kimi şimal ölkələri ilə də müqayisə etmək olar, orada qazlaşma 3% təşkil edir", – baş nazirin müavini vurğulayıb.
Onu da əlavə etmək lazımdır ki, Azərbaycanda qazlaşma səviyyəsi 96.3% təşkil edir, beləliklə də ölkəmiz bu göstərici üzrə Rusiyanı 23.3 faiz bəndi qabaqlayır. / banker.az
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin