Azərbaycan sahibkarları Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşüb - FOTOLAR
Oktyabrın 4-də "Marsol Group"un təşkilatçılığı ilə Azərbaycan sahibkarları işgüzar nahar yeməyində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşüblər.
FED.az xəbər verir ki, təşkil olunan nahar yeməyində, Şimali Kipr və Azərbaycanın milli musiqiləri səsləndirilib. Görüşdə iştirak edən Marsol Group partnyorlarının fəaliyyət istiqamətləri haqqında məlumat verilib.
Görüşün sonrakı hissəsində Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan və inkişaf etdirilə biləcək biznes əlaqələri, o cümlədən ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər ölkələr arasında ticari münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Ersin Tatar çıxışı zamanı Türk dünyası xalqlarının tarixi bağlılığı əsasında qurulan münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən danışıb. O, xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Daha sonra sahibkarlarla hörmətli Ersin Tatar arasında qarşılıqlı dialoq şəklində görüş davam edib. Sahibkarların sualları cavablandırılıb.
Görüşün sonunda Marsol Group-un təsisçisi Tural Mustafayev və şirkətin Şimali Kipr nümayəndəsi İlhami Bilgen tərəfindən Prezident Ersin Tatara xatirə hədiyyəsi təqdim edilib və sahibkarlarla birgə xatirə fotosu çəkilib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta nədir və necə alınır?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?