Azərbaycan şirkəti Gürcüstana divar kağızları ixrac edib
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında ilk dəfə məhsul ixracına başlanılıb.
Marja.az Agentliyə istinadən xəbər verir ki, Sənaye Parkının rezidenti "Mister Decor" MMC tərəfindən Gürcüstana divar kağızları ixrac edilib.
Hazırda şirkət tərəfindən digər ölkələrə məhsul ixracı ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən Sənaye Parkında ümumilikdə, 2300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir.

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dünyanın ən zəngin idmançıları
Start-up nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv