Azərbaycan şirkətlərinin məhsulları Çinin ən böyük ticarət sərgisində
Çinin xarici ticarətində mərkəz rolunu oynayan Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan Çin idxal və ixrac sərgi-yarmarkanın (Kanton sərgisi) payız sessiyası işə başlayıb.
FED.az xəbər verir ki, 134-cü dəfə keçirilən Kanton sərgisində 28 mindən çox şirkətin 74 mindən çox köşkü fəaliyyət göstərəcək. Üç mərhələdə noyabrın 4-dək keçiriləcək sərgi-yarmarkanın ekspozisiya sahəsi 1,55 milyon kvadratmetrdir.
Sərgi-yarmarkanın ixrac bölümündə 27 min 883 yerli şirkət, idxal bölümündə isə təxminən 650 şirkət öz məhsullarını və xidmətləri təqdim edir. Azərbaycan şirkətləri də öz məhsullarını sərgi-yarmarkanın idxal bölümündə nümayiş etdirir. Sərgiyə qatılan xarici şirkətlərin 60 faizi "Bir kəmər, bir yol" təşəbbüsünün əhatə etdiyi ölkələrdəndir.
Təşkilat komitəsinin məlumatına əsasən, təxminən 200 ölkədən 100 mindən çox alıcı sərgidə iştirak üçün qeydiyyatdan keçib.
Qeyd edək ki, 1957-ci ildən bəri ildə iki dəfə keçirilən Kanton sərgisi Çinin xarici ticarətinin barometri sayılır. Sərgi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə dünyada ən böyük ticarət sərgi-yarmarkalarından biridir. Sərgi Çinin Kommersiya Nazirliyinin və Quandon vilayəti hökumətinin birgə təşkilatçılığı ilə ildə iki dəfə - yazda və payızda təşkil olunur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta nədir və necə alınır?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?