Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4 % artırıb
Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 52 milyard 678,7 milyon ABŞ dolları təşkil edib.
Bunun 86 %-i və yaxud 45 milyard 306,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14 %-i və yaxud 7 milyard 371,9 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 278,2 milyon dollar və yaxud 0,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 42,8 milyon dollar və yaxud 0,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 235,4 milyon dollar və yaxud 3,3 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 milyard 118,5 milyon dollar və yaxud 4,2 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 milyard 201,9 milyon dollar və yaxud 2,7 %, AMB-nin valyuta ehtiyatları isə 916,6 milyon dollar və yaxud 14,2 % artım nümayiş etdirib.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB
Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır
Ən çox gəlir gətirən onlayn bizneslər
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes nədir?
Françayzinq nədir və necə olur?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası