Azərbaycan "Trendyol"dan ən çox mal alan ölkə oldu
Bu ilin fevral ayında Azərbaycan "Trendyol" vasitəsilə ən çox türk malları alan ölkə olub.
Azərbaycan məhsullarının "Trendyol"da satışı iqtisadiyyatımıza nə verə bilər?
FED.az xəbər verir ki, "Trendyol" vasitəsilə dünya bazarları ilə tanış olan türk istehsalçıları fevral ayında ən çox satışı Azərbaycan və Səudiyyə Ərəbistanına həyata keçirib. Fevral ayında Türkiyə daxilində ən çox e-ixrac edilən şəhərlər isə İstanbul, Bursa, İzmir, Ankara, Adana, Qaziantep, Dənizli, Aydın, Mersin və Antalyadır.
Bu barədə şirkət özü məlumat yayıb. "Almaniya ilə başlayan beynəlxalq genişlənmələrini Azərbaycan, Körfəz ölkələri, Mərkəzi və Şərqi Avropa bazarları ilə davam etdirən "Trendyol", türk məhsullarını və istehsalçılarını dünya bazarlarına çıxarmağa davam edir"-deyə açıqlamada bildirilir.
"Trendyol" vasitəsilə xaricə ən çox satılan türk məhsulları köynəklər, paltar, idman ayaqqabıları və pijama dəstləri olub.
Qeyd edək ki, "Trendyol" 2023-cü ilin may ayından etibarən mikro ixrac həlləri sayəsində Türkiyədə 85 min satıcını ixracatçıya çevirib və 149 min məhsulun xaricə çatdırılmasına kömək edib.
"Trendyol" şirkətinin idarə heyətnin sədri Erdem İnan bildirib ki, 2023-cü ildə şirkətin Azərbaycanda 1,3 milyon müştərisi olub və Azərbaycana 6,3 milyon ədəd sifariş çatdırıb.

Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
Biznes nədir və hansı növləri var?
1000 manatla hansı biznesi qurmaq olar?
Dünyanın ən zəngin idmançıları
Biznes nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?