Azərbaycan Türkmənistandan təbii qaz alışını ikiqat artırıb
Azərbaycan Türkmənistan təbii qaz alışını illik müqayisədə 2.1 dəfə artırıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Asiya ölkəsindən 2023-cü ilin ilk üç rübü ərzində 1 milyard 281.16 milyon kub-metr həcmində təbii qaz alıb ki, bunun da idxal həcmi $182.8 milyon təşkil edib.
Azərbaycan Türkmənistanla 2021-ci ilin dekabrındakı anlaşmaya görə, İran üzərindən svop qaz alışı ilə bağlı razılaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Türkmənistandan 2022-ci ilin müvafiq dövründə 614.15 milyon kub-metr ($76.86 milyon) təbii qaz idxalını nəzərə alsaq bu illik müqayisədə miqdar baxımdan 109%, dəyər baxımından isə 138% artımdır.
Türkmənistandan alınan təbii qazın hər 1000 kub-metri 2022-ci ildə ortalama $125 alındığı halda, cari ildə bu rəqəm $143-ə yüksəlib.
Cari ilin ilk üç rübü ərzində Azərbaycan ümumilikdə 2 milyard 96.08 milyon kub-metr ($326.57) təbii qaz idxal edib. Bunun qalan 800.67 milyon kub-metri ($143.22 mln.) və 14.26 mln. kub-metri ($0.54 mln.) İran İslam Respublikasından alınıb.
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət