Azərbaycan və Albaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNİB-2

Azərbaycan və Albaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNİB-2İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşü olub.
KONKRET.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
-Cənab Prezident, hörmətli qonaqlar, bir daha xoş gəlmisiniz. Cənab Prezident rəsmi səfərinizlə bağlı Sizi qəbul etməyimdən çox məmnunam. Əvvəlcə mənim ötən il Albaniyaya səfərim zamanı göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Şadam ki, biz çox sıx dostluq münasibətləri qurmuşuq və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun olduqca yaxşı dinamikası var. Əlbəttə, bu, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm amildir. Mən bu münasibətləri əla adlandırardım və bu, beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdə, enerji və iqtisadi inkişaf sahələrində praktiki fəaliyyətdə özünü göstərir.
Biz artıq Sizinlə ikitərəfli gündəliyimizə, regional məsələlərə, təhlükəsizlik mövzusuna və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardıq. İndi isə nümayəndə heyətlərinin iştirakı ilə bu dialoq davam edəcəkdir.
Çox məmnunam ki, hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır. Çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var. Əlbəttə, əməkdaşlığın əsasını təşkil edən mühüm amil enerji sahəsinin inkişafı məsələləridir və biz artıq Sizinlə bu məsələyə toxunduq və nümayəndə heyətlərinin iştirakı ilə bu görüşdə də bu müzakirəni davam edəcəyik. Çünki bizim bu istiqamətdə daha çox planlarımız var və bu məsələlər mənim Albaniyaya səfərim çərçivəsində, həm də digər rəsmi şəxslər səviyyəsində müzakirə edilib.
Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.
Prezident Bayram Beqay dedi:
-Möhtərəm Prezident, əziz dost.
Bu gün Sizinlə burada, möhtəşəm Bakı şəhərində görüşməyimdən çox məmnunam. Eyni zamanda, Sizə mənə və nümayəndə heyətinə göstərilən çox isti qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, görüşlərimizin intensivliyi iki ölkə arasında qardaşlıq ruhuna əsaslanan dostluq və əməkdaşlıq əlaqələrini gücləndirməklə bağlı sadiqliyimizi və birgə iradəmizi bir daha təsdiq edir. Son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib. Sizin də qeyd etdiyiniz kimi, bizim əla münasibətlərimiz var və çalışmalıyıq ki, iqtisadi sahədə də münasibətlər əla olsun. Şəxsən Sizin ölkələrimiz arasında əlaqələrin tarixinin yeni səhifəsinə sadiqliyinizi və töhfənizi yüksək qiymətləndirirəm. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.
Bir daha təşəkkürümü bildirirəm.
***
12:36
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşü olub.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
***
12:00
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşü başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Xəbərlər     Tarix: 07 iyul 2023

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c


iqtisadi xeberler valyuta xeberleri dollarin kursu bu gun pul qazanmaq iqtisadiyyat xeberleri