Azərbaycan və Tacikistan 8 ikitərəfli sənəd imzalayıb
Bu gün Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.
FED.az xəbər verir ki, "TALKO" ASC ilə "Azəralüminium" ASC arasında Anlaşma Memorandumu imzalanıb.
Tacikistan hökuməti yanında İxrac Agentliyi olan "Tajaqropromeksport" Dövlət Unitar Müəssisəsi və "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında qarşılıqlı ticarət sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
"Lesinvest" MMC (Tacikistan) və "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında pambıq yağının satışı və tekstil istehsalı sahəsində təcrübə mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
"Vodii Zarrin Aqrar Alyansı" MMC (Tacikistan) və "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında pambıqçılıq, xam pambıq emalı və tekstil istehsalı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
"Marmari" MMC (Tacikistan) və "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında pambıqçılıq, o cümlədən pambıq toxumlarının emalı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
"SIR-DARYO" MMC (Tacikistan) ilə "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında ixrac-idxal əməliyyatları sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Bundan əlavə, "Bolluq" (Tacikistan) və "Qanç 2000" (Azərbaycan) şirkətləri arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında Saziş imzalanıb.
Tacikistanın "OBI - FAYZOBOD" şirkəti ilə Azərbaycanın "Universal Trade" şirkəti arasında konsiqnasiya müqaviləsi imzalanıb. (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Digital Card nədir?
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?