Azərbaycan XİN Mirzoyana CAVAB VERDİ

Azərbaycan XİN Mirzoyana CAVAB VERDİErmənistanın xarici işlər naziri Ararat Mirzoyan 27 iyul tarixində mətbuata müsahibə zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ərazi iddiaları irəli sürməklə yanaşı, danışıqlar prosesini və əldə edilmiş razılıqları, eləcə də tarixi faktları kobudcasına təhrif edən əsassız spekulyasiyalar ilə çıxış edib.
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən 27 iyul tarixində mətbuata müsahibə zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində deyilir.
Bildirilir ki, Ermənistan tərəfinin bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən, sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını bir daha sübut edir.
Azərbaycanın erməni sakinlərin reinteqrasiyası səylərinə dəstək vermək əvəzinə, bu istiqamətdə öz təhrikçi və heç bir məntiqə sığmayan arzularının siyahısını təqdim edən Ermənistanın xarici işlər nazirinin aqressiv ritorikasına beynəlxalq ictimaiyyət tərəfindən müvafiq qiymət verilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bununla yanaşı, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin əsl səbəbləri və mahiyyətini təhrif edən, azərbaycanlıları Ermənistan ərazisində hədəf almaqla, onları qətlə yetirməklə, Azərbaycan ərazilərini işğal etməklə, kütləvi qırğınlar törətməklə başlatdığı münaqişənin səbəbinin "Dağlıq-Qarabağın əhalisinin hüquq və təhlükəsizliyi" məsələsi olduğunu iddia edən, "Dağlıq-Qarabağ əhalisi və ərazisi" kimi qondarma məvhumları təkrarlayan Ermənistan xarici işlər nazirinin tarixi səhvlərdən dərs çıxarmaması ciddi təhdid və təhlükə mənbəyidir.
Xarici işlər naziri A.Mirzoyanın azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Qərbi Azərbaycan İcmasının hüquqları ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqları arasında paralel yanaşma tətbiq olunmadığını iddia etməsi və bu barədə aparılmış danışıqları inkar etməsi, Ermənistanın aidiyyəti beynəlxalq öhdəliklərini, konvensiyalar çərçivəsində məsuliyyətini pozması, o cümlədən, sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir.
Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. Ermənistan tərəfinin təxribatçı iddialarına baxmayaraq, indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün xarici işlər naziri Ararat Mirzoyanın bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub.
Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin "ərazi iddiası" kimi təqdim edilməsi Ermənistanın "insan hüquqlarına" heç bir dəyər verməyən və "etnik təmizləmə əsasında monoetnik dövlət titulunu" qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir.
Ermənistan xarici işlər naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək.
Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanının tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.
İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Ermənistanın öz mümkün təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır. Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır.

Xəbərlər     Tarix: 28 iyul 2023

Oxşar xəbərlər

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

"Maliyyə sektorunda inkişaf dinamikası bu qədər güclü olmayıb"

"Son illərdə müşahidə olunan inkişaf dinamikası maliyyə sektorunda heç vaxt indiki qədər güclü olmayıb. Bu dinamika nəzərə alınaraq Mərkəzi Bank nəzarət siyasəti, texnoloji həllər və məhsul yanaşması üzrə mühüm dəyişikliklə

Fransaya 9,2 milyard avro sərmayə qoyulub - Şirkət rəhbərləri narazıdır

Fransa Maliyyə Nazirliyi şirkətlərin ölkəyə sərmayə qoymaq üçün 9,2 milyard avro öhdəlik götürdüyünü açıqlayıb. Siyasi təlatümlərə baxmayaraq, hökumət avrozonanın ikinci ən böyük iqtisadiyyatının cəlbedici biznes məkanı olara

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Faiz dərəcələrinin endirilməsində ehtiyatlı olmalıyıq"

Fed-in vitse-sədri Filip Cefferson bildirib ki, pul siyasəti neytrallığa yaxınlaşdıqca faiz dərəcələrinin endirilməsi "yavaş-yavaş irəliləməlidir". Cefferson, əmək bazarında artan risklər və inflyasiyanın "bi


iqtisadi xeberler bitcoin qiymeti bitcoin valyuta xeberleri en son xeberler