İrşad 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında
İrşad 2025-ci ildə də ölkənin ən çox vergi ödəyən şirkətləri sırasında yer alaraq Top 100 vergi ödəyicisi siyahısına daxil olub.
Şirkət bununla ötən illərdə nümayiş etdirdiyi dayanıqlı inkişaf və iqtisadi aktivlik trendini davam etdirdiyini bir daha təsdiqləyib. 2025-ci ildə İrşad tərəfindən ödənilən vergi məbləği 10,6 milyon manat təşkil edib.
Qeyd edək ki, şirkət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən açıqlanan "2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla)" siyahısında yer alıb.
Xatırladaq ki, İrşad 2024-cü ildə elektronika mağazaları şəbəkələri arasında ən çox vergi ödəyən şirkət olaraq fərqlənmiş və dövlət büdcəsinə əhəmiyyətli töhfə vermişdi. 2025-ci ildə də bu istiqamətdə mövqeyini qoruyan şirkət, ölkə iqtisadiyyatına verdiyi davamlı dəstək və şəffaf fəaliyyət prinsipləri ilə diqqət çəkməyə davam edir.
Vergi ödəyiciləri ilə bağlı bu cür siyahıların açıqlanması biznes mühitində şəffaflığın artırılması ilə yanaşı, özəl sektorun iqtisadiyyata verdiyi töhfənin daha aydın şəkildə qiymətləndirilməsinə imkan yaradır. İrşad da bu prosesdə fəal iştirak edən şirkətlərdən biri olaraq, sosial məsuliyyətli biznes yanaşmasını davam etdirir.
Siyahı ilə buradan ətraflı tanış ola bilərsiniz: / marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?
Shopify-da necə satışa başlamaq olar?