"Azərbaycan Sənaye Bankı"ın xalis mənfəəti ilk rübdə azalıb

"Azersun Holding"ə yaxın "Azərbaycan Sənaye Bankı" ASC 2026-cı ilin ilk rübünü 1.72 mln. manat xalis mənfəətlə başa vurub.
Banker.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1.0% azalmanı ifadə edir — ötən ilin müvafiq dövründə bank 1.74 mln. manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə "ASB Bank"ın faiz gəlirləri 10.96 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 18.7% artım deməkdir. Artım əsasən kreditlər üzrə faiz gəlirlərinin 4.86 mln. manatdan 6.29 mln. manata yüksəlməsi ilə formalaşıb. Eyni zamanda banklarda depozitlər üzrə faiz gəlirləri də artaraq 4.29 mln. manatdan 4.60 mln. manata çatıb. Faiz xərcləri isə 4.65 mln. manatdan 5.97 mln. manata yüksələrək 28.2% artıb ki, bu da xalis faiz gəlirinin artım tempini məhdudlaşdırıb. Nəticədə xalis faiz gəliri 4.99 mln. manat olub və illik müqayisədə 9 % artım göstərib.
Qeyri-faiz gəlirləri 4 mln. manat təşkil edib və 2025-ci illə müqayisədə 4.8% artıb. Bu artım əsasən digər xidmətlər üzrə komissiya gəlirlərinin 2.27 mln. manatdan 2.63 mln. manata yüksəlməsi hesabına formalaşıb. Qeyri-faiz xərcləri isə 6.13 mln. manatdan 6.77 mln. manata yüksələrək 10.4% artım göstərib.
Bankın əməliyyat mənfəəti 2.22 mln. manat təşkil edib və illik müqayisədə 2.1% azalıb.

Banklar     Tarix: 10 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya