TuranBank İsveçrənin responsAbility Investments AG fondu ilə əməkdaşlığa başlayıb

TuranBank İsveçrənin responsAbility Investments AG fondu ilə əməkdaşlığa başlayıbAzərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu responsAbility Investments AG şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb.
Sazişə əsasən, responsAbility Investments AG tərəfindən TuranBank-a 3 il müddətinə yerli valyutada 10 milyon ABŞ dolları ekvivalentində maliyyə vəsaiti təqdim olunub. Ayrılmış vəsaitin Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Maliyyələşmənin yerli valyutada təqdim edilməsi sahibkarların valyuta məzənnəsi risklərindən qorunmasına, eyni zamanda biznes layihələri üçün daha əlverişli və dayanıqlı maliyyələşmə şərtlərinin formalaşmasına şərait yaradacaqdır. Bu təşəbbüs ölkədə iqtisadi şaxələndirmənin dərinləşdirilməsinə və sahibkarlıq mühitinin inkişafına mühüm töhfə verəcəkdir.
Benoit Bouet, responsAbility Investments AG şirkətinin Şərqi Avropa, Qafqaz , Mərkəzi Asiya (EECCA), Yaxın Şərq və Şimali Afrika (MENA) regionları üzrə rəhbəri: "Bu əməliyyat maliyyə institutlarının kreditləşdirilməsi strategiyamızla tam uyğunluq təşkil edir. Yerli valyutada maliyyələşmə təqdim etməklə, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını dəstəkləməyi və yerli real iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyirik."
"responsAbility Investments AG ilə imzaladığımız bu yeni saziş Bankımıza olan etimadın və maliyyə dayanıqlığımızın növbəti göstəricisidir. 10 milyon ABŞ dolları məbləğində olan bu vəsaitin yerli valyutada cəlb edilməsi ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığını artırmaqla yanaşı, onları məzənnə risklərindən qoruyacaq. Bu əməkdaşlıq vasitəsilə biz həmçinin ölkədə maliyyə inklüzivliyini gücləndirməyi və regionlardakı sahibkarlara dəstəyimizi daha da genişləndirməyi hədəfləyirik. Biz real sektoru dəstəkləməyə və ölkə iqtisadiyyatının qeyri-neft sahəsindəki dayanıqlı inkişafına töhfə verməyə davam edəcəyik",- deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev bildirib.
Bu tərəfdaşlıq TuranBank ASC- nin beynəlxalq maliyyə institutları arasında etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləməklə yanaşı, onun davamlı inkişaf prinsiplərinə və maliyyə inklüzivliyinə sadiqliyini nümayiş etdirir.
responsAbility Investments AG qlobal miqyasda təsiredici (impact) investisiyalar sahəsində aktivlərin idarə edilməsi üzrə ixtisaslaşmış və inkişafyönümlü investisiya şirkətləri arasında aparıcı mövqeyə malik qurumlardan biri kimi tanınır. Şirkət əsasən inkişaf etməkdə olan və yüksələn bazarlarda fəaliyyət göstərən, dayanıqlı biznes modellərinə malik özəl şirkətləri hədəfləyən müxtəlif investisiya alətlərini idarə edir və bu çərçivədə xüsusi borc və kapital yerləşdirmələri həyata keçirir. Təsiredici (impact) yanaşma şirkətin investisiya strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edir. Bu strategiyalar həm insanlar, həm də ətraf mühit üçün ölçüləbilən müsbət nəticələrin əldə olunmasına yönəlməklə yanaşı, eyni zamanda rəqabətədavamlı maliyyə gəlirlərinin təmin edilməsini hədəfləyir.
TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank ASC, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az
TuranBank
Bizimlə etibarlıdır...

Banklar     Tarix: 10 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya