"Yapı Kredi Bank Azərbaycan" ilk rübdə xalis mənfəət əldə edib
Türkiyə kapitallı "Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin ilk rübünü 1.42 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, ötən ilin ilk rübündə bankın xalis mənfəəti 2.28 mln. manat olmuşdu.
Banker.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 15.69 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 36% artım deməkdir. Artım əsasən müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 7.79 mln. manatdan 12.01 mln. manata yüksəlməsi hesabına formalaşıb. Bununla yanaşı, faiz xərcləri 2.01 mln. manatdan 5.59 mln. manata yüksələrək 2.8 dəfə artıb. Nəticədə xalis faiz gəliri 10.10 mln. manat olub ki, bu da illik müqayisədə 6% artım deməkdir.
Qeyri-faiz gəlirləri 6.46 mln. manatdan 6.13 mln. manata enərək 5% azalıb, qeyri-faiz xərcləri isə 11.59 mln. manatdan 12.55 mln. manata yüksələrək 8.3% artıb.
2026-cı ilin mart ayının sonuna bankın aktivləri 789.11 mln. manat təşkil edib və 2025-ci ilin sonu ilə müqayisədə 0.5% azalıb. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli 467.26 mln. manatdan 487.79 mln. manata yüksələrək 4.4% artım göstərib. Banklar və digər maliyyə institutlarına verilmiş kreditlər 16.63 mln. manatdan 27.03 mln. manata qalxaraq 62.5% artıb. Eyni zamanda pul vəsaitləri 241.50 mln. manatdan 194.87 mln. manata enərək 19.3% azalıb.
Bankın öhdəlikləri 663.20 mln. manat təşkil edib və ilk rübündə 0.9% azalıb. Depozit portfeli 527.74 mln. manatdan 503.23 mln. manata geriləyərək 4.6% azalıb. Hüquqi şəxslərin depozitləri 431.33 mln. manatdan 408.80 mln. manata düşüb, fiziki şəxslərin depozitləri isə 96.41 mln. manatdan 94.43 mln. manata enib. Digər tərəfdən, kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəliklər 122.48 mln. manatdan 138.67 mln. manata yüksələrək 13.2% artım göstərib.
Bankın kapitalı 123.57 mln. manatdan 125.91 mln. manata yüksələrək 1.9% artıb. Artım bölüşdürülməmiş mənfəətin 59.54 mln. manatdan 60.95 mln. manata çatması ilə bağlıdır.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Cash Back nədir?