"Azərbaycan xurması Macarıstan, Polşa, Çexiya və Estoniyya az da olsa ixrac edilib"
Azərbaycanın Avropa İttifaqı ölkələrinə xurma ixracı arta bilər.
Bunu açıqlamasında "Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov bildirib.
"Artıq Azərbaycan xurması Macarıstan, Polşa, Çexiya və Estoniya kimi ölkələrə az da olsa ixrac edilib. Tədricən ixracın həcmi artacaq, məhsulumuz həmin bazarlarda özünə yer tutacaq. Biz eyni zamanda Moldova, Belarus, Qazaxıstana və Birləşmiş Ərəb Əmirliklərinə də xurma ixrac edirik", - deyə o qeyd edib.
Q.Yusifovun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda 2022-ci ilə nisbətən 1,5 % çox - 187,1 min ton xurma istehsal edilib: "Bunun isə 164,9 min tonu ixrac edilərək 127,2 milyon ABŞ dolları gəlir əldə olunub. Bu isə illik müqayisədə 12,1% çox olmaqla 2015-ci ildən bəri rekord həddir".
Bundan başqa, sədr deyib ki, ötən il Azərbaycanda 13,2 min hektar xurma bağı olub ki, bu da əvvəlki ilə nisbətən 0,8 % çoxdur. "Bağların 11,8 min hektarı və yaxud 89,4 %-i barverən yaşdadır. Onların 97,3 %-i ənənəvi, 2,7 %-i intensiv üsulla əkilən bağlardır. 2023-cü ildə xurma istehsalının 18,3 %-i Göyçay, 17,8 %-i Şəmkir, 12,1 %-i Ağdaş, 8,4 %-i Balakən, 5,6 %-i Samux, 5,2 %-i Bərdə, 4,3 %-i Goranboy, 4 %-i Tərtər, 3,6 %-i Xaçmaz, 3,6 %-i Zaqatala rayonu olmaqla, ümumilikdə 82,9 %-i 10 rayonun payına düşüb".
© "Report"

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları