Azərbaycan yod ixracına görə reytinqdə ilk onluqdadır
Azərbaycan yod ixracı sahəsində dünya reytinqində ilk onluqda yer alır.
Biznes.az xəbər verir ki, 2024-cü ildə Azərbaycan yod ixracı üzrə dünyada 9-cu yerdə qərarlaşıb. Bu barədə Beynəlxalq Ticarət Mərkəzi məlumat verib.
Qlobal bazarda mühüm rol oynayaraq ölkənin zəngin təbii sərvətlərindən birinin daha geniş miqyasda qiymətləndirildiyini və beynəlxalq ticarət üçün strateji əhəmiyyət kəsb etdiyini nümayiş etdirir.
Ötən il Azərbaycan xaricə 11,1 milyon ABŞ dolları dəyərində 197 ton yod ixrac edib. Hesabat ilində əsas ixrac bazarları Çin, Rusiya, Hindistan və İtaliya olub. Yod ixracı üzrə dünya liderlərinin ilk üçlüyündə isə Çili, Belçika və Yaponiya yer alıb.
Biznes Tarix: 30 sentyabr 2025 Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı
Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs
Pampers 23 milyard dollar qazanıb
ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin