"Azərbaycana 10-dan çox ölkə təbii qaz tədarükünü ya artırmaq, ya da başlamaq üçün müraciət edib"
"Son il yarım ərzində 10-dan çox ölkə Azərbaycana təbii qaz tədarükünü ya artırmaq, ya da başlamaq xahişi ilə müraciət edib".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – "Caspian Power" sərgilərinin açılışında çıxışı zamanı deyib.
"Avropa İttifaqının yüksək rütbəli məmurları Azərbaycanı "ümumAvropa təbii qaz tədarükçüsü" adlandıran zaman tamamilə haqlıdırlar. Əminəm ki, bizim tədarük coğrafiyamız genişlənəcək, çünki Azərbaycan təbii qazına tələbat artır. Son il yarım ərzində 10-dan çox ölkə Azərbaycana təbii qaz tədarükünü ya artırmaq, ya da başlamaq xahişi ilə müraciət edib və əlbəttə ki, biz bütün dostlarımızın ehtiyaclarını ödəmək və şübhəsiz ki, tələbləri bazar imkanlarına uyğunlaşdırmaq istəyirik", – dövlət başçısı bildirib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Dünyanın ən zəngin idmançıları
SMM nə deməkdir?
SWIFT nədir?
Kriptovalyuta nədir və necə alınır?
İKEA şirkətinin tarixi